Tarix : 2018 Nov 10
Kod 56895

Məhkəmə Zamirə Hacıyeva haqqında qərar verdi

Zamirə Hacıyeva noyabrın 8-də “Royal Courts of Justice”də keçirilən məhkəmə nəticəsində yarım milyonfunt-sterlinq həcmində vəsait ödəyərək zaminə buraxılıb

Arannews-Musavat.com-a istinadən verdiyi xəbərə görə onun gecə saatlarında evinə gəldiyi bildirilir.Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

  • Yazılıb
  • da (də) 2018 Nov 10
  • Göndərən مدير سايت Aran News