Tarix : 2018 Nov 11
Kod 56897

Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

Jurnalist İlkin Məmmədli sərbəst buraxılıb

Arannews-Rakurs.tv-yə deyib. Amma S.Ağayevə jurnalistin hansı səbəbdən saxlandığını bilmir:"Hələ özü ilə görüşüb əhatəli məlumat ala bilməmişik".Qeyd edək ki, noyabrın 8-də  saat 17.00-da jurnalist İlkin Məmmədli Bakıxanov qəsəbəsindəki Asan xidmətində xarici pasport alması üçün getmişdir. Orada ona bildiriblər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq orada Sabunçu rayonunun 13-cü polis bölməsinin əməkdaşlarının gizlənməsi xahiş olunub. Bu barədə hüquqşünas Samirə Ağayeva məlumat verib.Təxminən 15 dəqiqədən sonra o, polis bölməsinə aparılıb və bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi bildirilib. Axşam saat 19-20 arasında atası və vəkili Şəhla Hümbətova da İdarənin qabağına gəliblər. Sonda o, növbətçi hissəyə təhvil verilib və oradan bildiriblər ki, gecə orada qalacaq.Bu gün saat 11.00-də vəkili və atası yenə İdarədən xəbər almağa çalışıblar. Vəkil nə ora buraxılmayıb, nə də hansısa məlumat verilməyib.İndiyənə qədər jurnalistin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması və heç bir məlumatın verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur.Məlumat Ombudsman aparatına çatdırılıb. Hazırda 102 və Qırmızı Xaç Təşkilatı ilə əlaqə saxlamağa çalışılır.Qeyd edək ki, İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka tutulmuşdur və bütün məhkəmələrə şahid qismində dəvət edilmişdir.

  • Yazılıb
  • da (də) 2018 Nov 11
  • Göndərən مدير سايت Aran News