Tarix : 2018 Nov 11
Kod 56903

İctimai fəallar Britaniyanın Ərəbistana silah satışını dayandırmasını istəyirlər

Britaniyanın Ərəbistana silah satışını dayandırmaq və Yəmən müharibəsinə son qoymaq məqsədi ilə yeni fəaliyyət başladılıb.
Arannews-Həqiqət QHT (Truth NGO) – İRİB-nin verdiyi məlumata görə, bu yeni fəaliyyət Britaniyanın müharibə əleyhdarları təşkilatının dəvəti ilə başladılıb.“Müharibə Koalisiyasını Dayandırın” (Stop the War Coalition) adlı fəaliyyət Britaniyanın Ərəbistana silah satışının davam etməsi və Ərəbistanın Yəmənə hücumlarına etiraz olaraq başladılıb. Bu fəaliyyət çərçivəsində qarşıdan gələn iki ay ərzində Britaniyanın müxtəlif şəhərlərində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır.ABŞ və Britaniya Yəmənə qarşı müharibədə Ərəbistanın başlıca himayədarları sayılırlar. Belə ki, Ərəbistan ABŞ və Britaniyadan aldığı silahlar ilə Yəməndə mülki əhalini qırğın edir.

  • Yazılıb
  • da (də) 2018 Nov 11
  • Göndərən مدير سايت Aran News