Tarix : 2018 Nov 12
Kod 56904

Bakı beynəlxalq qətnamələrin pozulmasının təsirləri barədə xəbərdarlıq edib

Azərbaycan Respublikasının BMT-dəki səfiri deyib: Təhlükəsizlik Şurası qətnamələrinin bəzi ölkələr tərəfindən pozulması beynəlxalq sülh və təhlükəsizlik üçün bir təhdiddir və bütün öllkələr öz beynəlxalq öhdəliklərinə sadiq qalmalıdırlar.

Arannews-Azərbaycan Respublikasının BMT-dəki səfiri Yaşar Əliyev Təhlükəsizlik Şurasının dünyada sülh və təhlükəsizliyin bərqərarı barədəki yığıncağında bildirib ki, bəzi ölkələrin beynəlxalq qətnamələrə etinasızlıqları qəbuledilməzdir.Əliyev BMT-nin başlıca orqanları tərəfindən çıxarılan qətnamələrin icrasının önəmini vurğulayaraq, əlavə edib ki, beynəlxalq qanunlara göz yumulacağı, həmçinin dəyər, əsas prinsip və qanunların pozulacağı təqdirdə, dünyada sülh, ədalət və rifahın təmini çətin olacaqdır.İnsan haqlarının genişləndirilməsi, həmçinin humanitar yardımlar və beynəlxalq sülh və təhlükəsizliyin təmini istiqamətində BMT ilə onun regional şərikləri arasındakı əməkdaşlıqların gücləndirilməsində nəzərəçarpacaq irəliləyişə toxunan Azərbaycan Respublikasının BMT-dəki səfiri deyib ki, eyni zamanda, bu sahədə ciddi problemlər qalıbdır.

  • Yazılıb
  • da (də) 2018 Nov 12
  • Göndərən مدير سايت Aran News