Tarix : 2018 Nov 12
Kod 56906

Mirtağı Əsədov Azərbaycanda saxlanıb

“Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin” sədri Şeyx Mirtağı Əsədov Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsində 7 noyabrda saxlanılıb. Üç gündür vəkilsiz və ittiham olunmadan qalmaqdadır.

Arannews-Şeyx Mirtağı Əsədov 7 noyabrda Azərbaycana səfər edirmiş. Səfər zamanı Azərbaycanın sərhəd buraxılış məntəqəsində saxlayıblar. Gürcüstan-Azərbaycan sərhəddindən onu paytaxta, Bakıya aparıblar.Yaxınları və ailə üzvləri Mirtağının saxlanılması səbəbini bilmirlər. Onun yanına vəkili də buraxmırlar. Azərbaycanın hüquq mühafizəçilərinin ailə üzvlərinə bildirdiyinə görə, Əsədov hazırda dindirilməlidir."Marneuli" Radiosunun məlumatına görə, 9 noyabrda onun yanına Gürcüstan səfirliyinin attaşesi daxil olubmuş.10 noyabrda QHT sektoru baş vermiş faktla bağlı birifinq keçirləcək.Məlum olduğuna görə, Əsədov bir ildən artıqdır ki, Azərbaycan vətəndaşlığından imtina edib. Onun ailəsi Azərbaycanda yaşayır və ildə bir neçə dəfə sərhəddi keçməli olur.Onun saxlanılması səbəbi nə olub Əsədovun yaxınları konkretləşdirə bilmirlər. Ola bilsin onun saxlanılması Gürcüstanda şeyx, müəslmanların hüquququnun və dinin konfesiyaların bərabər hüquqluluğu üçün mübarizə aparmasına bağlansın.
Marneulifm.ge

  • Yazılıb
  • da (də) 2018 Nov 12
  • Göndərən مدير سايت Aran News