Tarix : 2018 Nov 12
Kod 56908

Səud qəbiləsi və sionist rejimi arasında gizli hərbi əməkdaşlıq

Ərəb mənbələri bildiriblər ki, Səudiyyə Ərəbistanı sionist rejimdən 500 ədəd Merkava tankı satın alıb və bu Səudiyyə rejimi ilə sionist rejim arasında ən iri gizli hərbi sövdələşmədir.

Arannews-Həqiqət QHT (Truth NGO) – Əl-Aləm telekanalı ərəb mediyalarına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı bir ispan şirkət vasitəsi ilə sionist rejimdən ən azı 500 ədəd Merkava tankı satın alıb .Tanklar İspaniyanın adı ilə satın alınıb amma Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman tankların pulunu ödəyib və tanklar İspaniya dəniz qoşunları vasitəsi ilə 6 ay müddətində Səudiyyə ordusuna təhvil verilib.Həmin ispan şirkət tərəfindən sionist zabitlərin həmin tankalardan istifadə üçün səudiyyəli zabitlərə təlim keçirmələri də qərara alınıb.Səudiyyə rejimi sionist rejim ilə elə bir şəraitdə hərbi sövdələşmə həyata keçirir ki, sionist rejim 1967-ci ildən 2017-ci ilədək 42 mindən çox fələstinlini şəhid edib və on minlərlə adamı yaralayıb yaxud didərgin salıb.

 

  • Yazılıb
  • da (də) 2018 Nov 12
  • Göndərən مدير سايت Aran News