Tarix : 2018 Nov 12
Kod 56910

İsrail 8 yaşlı fələstinli uşağı həbs etdi

Ömər Əbu Əyyaş adlı fələstinli uşaq əl-Xəlil şəhərinin şimalındakı Beyt-Ummarda İsrail rejimi tərəfindən həbs edilib.

Arannews-İslamazeri.com xəbər verir ki, fələstinli aktivist Məhəmməd Avad 8 yaşlı uşağın İsrail qüvvələrinə "daş atdığı" iddiası ilə nəzarətə alındığını və sərbəst buraxılması üçün Fələstin rəsmilərinin cəhdlər göstərdiyini söyləyib.İsrail rəsmiləri məsələyə dair hələ ki, açıqlama verməyib.Fələstinin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında aralarında qadın və uşaqların da olduğu təxminən 6500 fələstinli var.

  • Yazılıb
  • da (də) 2018 Nov 12
  • Göndərən مدير سايت Aran News