Tarix : 2018 Nov 12
Kod 56913

İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO

“Zeynəbiyyə Gəncləri Hərəkatı Forumu”nun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Arannews-Maide.Az "SalamNews" istinadla xəbər verir ki, etiraz aksiyalarında Səudiyyə Ərəbistanın Yəməndəki cinayətləri pislənilib və bu cinayətlərin bitməsi üçün dünya ictimaiyyətinin hərəkətə keçməsi tələb edilib.Aksiyalarda Səudiyyə hakimiyyətinə qarşı şüarlar səsləndirən aksiyaçılar husi lideri Əbdül-Məlik Husinin fotolarını da daşıyıblar.Aksiyanın yekun bəyanatında Səudiyyə tərəfindən Yəmən xalqının cəza çəkdiyi, 2015-dən indiyədək bu ölkənin başlatdığı müharibə ucbatından 50 min nəfərin öldüyü və 28 milyonluq əhalidən 22 milyonunun humanitar yardımlara möhtac vəziyyətə düşdüyü deyilib.
 
 
 
 
 
 
 

  • Yazılıb
  • da (də) 2018 Nov 12
  • Göndərən مدير سايت Aran News