Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nasrullah müqavimət qüvvələrinin raket gücünü Livanın da güclü tərəfi sayıldığını və bu gücə görə düşmənin artıq Livana təcavüz etməyə cəsarət etmədiyini bildirib.
Arannews-Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Seyid Həsən Nasrullah dünən (11 noyabr) Beyrutun cənubunda “Şəhid günü” münasibətilə keçirilən mərasimə video konfrans vasitəsilə çıxış edərək belə deyib: “İndi Livanda şahid olduğumuz təhlükəsizlik və əmin-amanlıq, məhz bu güclü nöqtədən qaynaqlanır. Bu səbəbdəndir ki, düşmənlər diplomatik təzyiqlər və təhdidlə müqavimət qüvvələrinin bu raket gününü hədəfə almağa çalışır.Biz dediyimiz qızıl qayda olan müqavimət qüvvələrinin silahları və raketlərinin qorunmasında inadlı və qərarlıyıq. Livanın inkişafına səbəb olan qızıl qayda, ordu, millət və müqavimət komponentlərindən ibarət qaydadır. Məhz bu qayda vasitəsi ilə düşmənlərin təxribatları və nizamları pozula bilir və bunun nəticəsində də Livan hər cür təhlükəli vəziyyətdən uğurla çıxa bilər.Hizbullahın rəhbərlik etdiyi Livan müqaviməti və malik olduğu raket gücü bu ölkənin güclü olması və qalmasında böyük rol oynayır. Sionist rejimin ən mühüm müdafiəçilərindən olan Amerikanın rəhbərliyi altındakı Qərb dövlətləri Hizullahın raket gücünə qarşı elə bir dövrdə qara piara başlayıblar ki, Livan ordusunun müasir və inkişaf etmiş raket sistemləri ilə təchiz edilməsinə də icazə verilmir. Sionist rejimi dəstəkləyən bu qüvvələr Livan ordusunun təchiz edilməsinə həyasız bir şəkildə mane olurlar. Bundan daha mühüm olan məqam isə, Hizbullah raketlərindən qorxan Livan düşmənlərinin Livanın yerli müqavimət qüvvələrinə bağlı birliklərin raket istehsal etmə gücünə malik olmalarından da narahat olmasıdır”.Müqavimət oxunun siyasi və beynəlxalq əngəlləri aşması və sionistlər və təkfirçilərə böyük zərbələr vurması və ABŞ-ın layihəsi olan Böyük Yaxın Şərq layihəsini məğlubiyyətə düçar etməsi səbəbindən Amerika və tərəfdaşları bu gücə qarşı kinli və qəzəbli bir davranış nümayiş etdirir.Həqiqət budur ki, Amerika son vaxtlar Böyük Yaxın Şərq layihəsini həyata keçirmək üçün müqavimət oxunu də ortadan qaldırmaq istəyirdi. Bu layihə ilk dəfə olaraq ABŞ-ın prezidenti Buş və dövlət katibi Kondoliza Rays tərəfindən 2006-cı ildəki 33 günlük müharibə ilə ortaya atıldı. Ancaq İsrail rejiminin bu müharibədə böyük bir məğlubiyyətlə üzləşməsi Livana edilən son hücum oldu. O gündən etibarən İsrail rejimi Hizbullahla qarşılaşmaqdan çəkinir”.Seyid Həsən Nəsrullah çıxışında İsrail ilə münasibətlərin normallaşdırılmasını pisləyərək, belə deyib: “Normallaşma prosesi hər hansı formada olursa olsun, buna qarşı çıxmaq üçün bütün millətlərə müraciət edirik.Ərəb ölkələrinin Suriyaya qarşı bəzi mənfi münasibətlərinə baxmayaraq, bu ölkə Fələstinə verdiyi dəstəyi davam etdirir. Əgər Suriya müqavimət göstərməsəydi, bu gün Netanyahu və başqalarının Dəməşqə qədəm qoymalarına şahidi olacaqdıq”.Seyid Həsən Nəsrullah İsrail rejiminin yüzlərlə Fələstin əməliyyatını əngəllədiyini, amma hələ də müqavimətin davam etdiyini və bu vəziyyətin də Fələstin müqavimətinin ruhunu göstərdiyini qeyd edib: “Qəzza xalqı, geri qayıdış haqını və şücaətlərini davam etdirərək, sionist rejimə itaət etmədiklərini açıq bir formada göstərdi.Müqavimət yolu gələcəyi müəyyən edən dəqiq və güclü bir yoldur. Bu vaxta qədər müqavimət sayəsində terror rejiminə qarşı mühüm nailiyyətlər əldə edilib və şəhidlərin qanı və ordu, millət və müqavimət üçlüyü terror rejiminin Livana hücum etməyə cəsarət etməsinə mane oldu”.Seyid Həsən Nəsrullah Səudiyyə rejimi tərəfindən öldürülən jurnalist Camal Kaşıkçının vəhşi bir şəkildə öldürülməsi qarşısında dünyanın şok yaşadığını, amma bu rejimin Yəməndəki cinayətləri qarşısında şok keçirməməsinin ziddiyyətli olduğunu bildirib. “Səudiyyə rejiminin hücumlarına görə, 14 milyon yəmənli aclıq təhlükəsi ilə qarşılaşmasına Qərb ölkələrindən heç bir reaksiyanın gəlmir”.Hizbullahın baş katibi: “Yəmən xalqının müqaviməti sayəsində Səudiyyə rejimi, BƏƏ və Amerika alyansının Yəmən müharibəsində məğlubiyyətə düçar olduğunu deyib.Hizbullahın lideri irqçi İsrail rejiminin Livana qarşı ehtimal edilən hücumuna da toxunaraq, belə deyib: “Netanyahu hər gün daha çox güc arxasınca qaçdığı bir vaxtda bizim zəif olmağımızı istəyir. Düşmən təzyiqi artırmaqla raket gücümüzə istiqamətlənir. Ancaq bunu bilməlidirlər ki, təzyiqlərə və sanksiyalara boyun əyməyəcəyik. Ölkəmizi sonuna qədər qoruyacağıq və Livana qarşı hər cür hücuma çox sərt cavab verəcəyik”.Seyid Həsən Nəsrullah müstəqil sünni deputatların hökumətdə təmsil oluinmalarını istədiklərini qeyd edib: “Həriri bizə 8 mart blokundan sünni hər hansı bir nazirin hökumətdə təmsil olunmalarına qarşı olduqlarını bildirdi. Bunun müqabilində biz də nazirlərimizin adlarını göndərməyəcəyik dedik. Lap əvvəldən mövqeyimiz qətidir. Livanlıların böyük bir kəsimini təmsil edən sünni deputatların hökumətdə təmsil olunmaq hüququ var. Biz də onların yanında dayanırıq”.