Tarix : 2018 Nov 13
Kod 56920

Azərbaycan və İran tibb universitetləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Azərbaycan Tibb Universitetində (ATU) mindən çox əcnəbi tələbə təhsil alır və onlar arasında İrandan olanlar üstünlük təşkil edir.

Arannews-Bu sözləri ATU-nun rektoru professor Gəray Gəraybəyli Ərdəbil Tibb Elmləri Universitetinin (ƏTEU) nümayəndə heyəti ilə görüşündə bildirib.Universitetin mətbuat xidmətindən bildirilib ki, qonaqlarla görüş zamanı G.Gəraybəyli ATU ilə İrandakı ali məktəblər arasında əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Bu baxımdan, ƏTEU ilə də münasibətlərin başlanğıcının qoyulmasından məmnunluğunu bildirib.Rektor ATU-nun ölkəmizdə ixtisaslaşmış tibb təhsili verən yeganə ali müəssisə olduğunu qeyd edib, burada təhsil və tədris prosesi, yeni yaradılan fakültələr, son illər aparılan islahatlar, qarşıdakı hədəf və planlar haqqında danışıb.ATU-nun beynəlxalq işləri üzrə prorektoru Nadir Zeynalov universitetin nəzdində fəaliyyət göstərən klinikalar haqqında qonaqlara ətraflı məlumat verib. Bu ali tibb və elm müəssisəsinin beynəlxalq əlaqələri haqqında danışan prorektor deyib: “İran universitetləri ilə tələbə mübadiləsi, qarşılıqlı əlaqələr digər ölkələrə nisbətən daha zəifdir. Odur ki, eyni regionda və bizimlə demək olar eyni dili paylaşan ƏTEU kimi bir ali məktəblə münasibətlərin inkişafına tələbat var”.ƏTEU-nun rektoru Ghodrat Axavan-Akbari İranda səhiyyə sisteminin bir hissəsi olan və tibb təhsili verən ali məktəblər haqqında danışıb, rəhbərlik etdiyi universitetin təhsil sistemi, strukturu barədə məlumat verib. Qeyd edilib ki, ƏTEU-da 3400-ə yaxın tələbə təhsil alır. Altı fakültəsi olan bu universitetin Ərdəbildən kənar iki vilayətdə də binaları və 20 laboratoriyası var. Burada tələbələr müalicə, əczaçılıq, tibb bacısı, stomatologiya və beynəlxalq fakültələrdə beynəlxalq standartlara uyğun təhsil alırlar.Prorektor Masood Entezariasl ƏTEU-nun fəaliyyəti ilə bağlı qısa təqdimat keçirib.Qonaqlar ATU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını, ilk mərhələdə bunun qarşılıqlı elmi tədqiqat işləri ilə bağlı aparıla biləcəyini bildirdilər. Sonrakı mərhələlərdə iki universitet arasında tələbə mübadiləsi və Azərbaycandan tələbə qəbulunun mümkün ola biləcəyi vurğulanıb. Qeyd olundu ki, Ərdəbildə danışıq dili Azərbaycan dilinə çox yaxın olduğundan, qarşılıqlı təmaslarda problem yaranmayacaq.

  • Yazılıb
  • da (də) 2018 Nov 13
  • Göndərən مدير سايت Aran News