Tarix : 2018 Nov 14
Kod 56924

Həmsədrlər Azərbaycan-R və Ermənistan XİN başçılarına Milanda görüşməyi təklif edib

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.
Arannews-“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı XİN-in mətbuat katibi Anna Nağdəliyan bildirib. O, ATƏT Minsk qrupu həmsədrləri tərəfindən həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ilə bağlı təklif irəli sürüldüyünü deyib: “Görüş təsdiq edilən kimi ictimaiyyət məlumatlandırılacaq”. Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrü Şefer (ABŞ) oktyabrın 29-dan noyabrən 2-dək Rusiya və Cənubi Qafqaz regionunda səfərdə olmuşdular.

  • Yazılıb
  • da (də) 2018 Nov 14
  • Göndərən مدير سايت Aran News