Tarix : 2018 Nov 14
Kod 56925

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi

"Beynəlxalq ictimaiyyət İsrailə qarşı hərəkətə keçməlidir"- Türkiyə rəsmisi
Arannews-İsrailin hücumları qarşısında səssiz qalan beynəlxalq ictimaiyyət, məsuliyyəti üzərinə götürərək hərəkətə keçməlidir.Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.Kalın bildirib ki, son bir neçə gün ərzində 13 fələstinli İsrail ordusunun Qəzzadakı hücumlarının  qurbanı olub:"Qəzza zolağına hücumlar bir daha göstərir ki, İsrail beynəlxalq hüquq normalarına hörmət etmir. İşğalçı ölkə dərhal Qəzza hücumlarını dayandırmalıdır. Ankara dünya ictimaiyyətini buna  məsuliyyətlə yanaşmasını və İsrail hücumlarına cavab olaraq real addımlar atmasını gözlənilir. Bütün dünya Qəzzə zolağını  bir növ hava həbsxanasına çevirən İsrailin işğalçı siyasətinə "dayan"  deməlidir".Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin yeganə həlli "iki xalq üçün iki dövlət" prinsipinin nəzərə alınmasıdır.

  • Yazılıb
  • da (də) 2018 Nov 14
  • Göndərən مدير سايت Aran News