Tarix : 2018 Nov 14
Kod 56927

Əl-Husi: ABŞ-ın sülh çağırışları gözdən pərdə asmaqdır

Yəməndə "Ənsarullah" hərəkatının lideri Məhəmməd Əli əl-Husinin "Washington Post" qəzetində məqaləsi dərc olunub. FaktXəbər bildirir ki, əl-Husi yazıda ABŞ-ın Camal Kaşıkçı cinayətindən sonra Yəməndə sülh çağırışları etməsini "gözdən pərdə asmaq" kimi qiymətləndirib.
Arannews-Husilərin Ali İnqilab Komitəsinin sədri əl-Husi məqaləsində Səudiyyə-ABŞ-BƏƏ koalisiyası tərəfindən Yəməndə davam edən hava hücumlarının dayandırılmasını istəyib.Koalisiyanın 2015-ci ildən bəri həyata keçirdiyi hücumlarda minlərlə vətəndaşın həyatını itirdiyini, Hudeydə şəhərinin mühasirəsi nəticəsində milyonlarla vətəndaşın aclıq və xəstəliklərlə üz-üzə olduğunu vurğulayan əl-Husi, münaqişələrə son verilməsi üçün koalisiyanın hava hücumlarının dayandırmasının vacib olduğunu qeyd edib: "Hava hücumlarının dayandırılacağı təqdirdə raket hücumları da sona çatacaq. ABŞ əvvəldən münaqişəni sona çatdıracaq nüfuza malik olsa da, müttəfiqi Səudiyyə Ərəbistanı qorumağı üstün tutdu. Lakin Camal Qaşıqçı cinayətindən sonra Vaşinqtonun Səudiyyənin vəliəhd şahzadəsinə olan dəstəyi müzakirə olunmağa başlandı. Koalisiya son olaraq Yəmənin liman şəhəri Hudeydəyə hücumlarını artırıb. Bu isə ABŞ-ın münaqişələrin sona çatması istiqamətindəki çağırışlarının boş söz olduğunu göstərir. Birləşmiş Ştatlar özünü "dürüst bir vasitəçi" kimi göstərmək istəyir, ancaq Yəmənə qarşı təcavüzün baş verməsinə rəhbərlik edir. Biz özümüzü müdafiə edirik. Ancaq bizim Yəməni istifadəsi qadağan olunmuş silahlarla bombardman edənlər kimi döyüş təyyarələrimiz yoxdur".
  • Yazılıb
  • da (də) 2018 Nov 14
  • Göndərən مدير سايت Aran News