Tarix : 2018 Nov 14
Kod 56928

Həmas: Əgər Netanyahu hücumları dayandırmağımızı istəyirsə

Əgər işğalçı İsrail rejim başçısı Bİnyamin Netanyahu müqavimətin hücumlarının dayandırılmasını istəyirsə, müdafiə naziri Aviqdor Libermanı dərhal vəzifəsindən azad etməlidir.
Arannews-Maide.Az FIA -a istinadən xəbər verir  ki,  bunu Fələstin İslami Müqavimət Hərəkatı - Həmasın üzvi  Hisam Bədram bu gün jurnalistlərə veridyi açıqlamada deyib. Onun sözlərinə görə, mövcud qarşıdurmanın əsas səbəbkarı işğalçı rejimin müdafiə naziridir. “Libermanın axmaqlığı hər iki tərəfin itgilər verməsinə  və münaqişənin  dərinləşməsinə səbəb olur. Yalnız libermanın işdən azad edildiksən sonra iki tərəfli danışıqlar haqqında düşünmək olar." Qeyd edək ki, bir neçə gün öncə sionist xüsusi təyinatlıları “Həmas”ın İzzətdin Əl-Qəssam qolunun komandirlərindən olan Bərəkət Nuru əsir götürmək üçün əməliyyat keçirmişdi. Nəticədə Bərəkət Nur şəhid olmuş, sağ ələ keçməmişdi. Əvəzində bir sionist xüsusi təyinatlısı “Həmas” tərəfindən əsir götürülmüşdü. İşğalçı rejim hava, dəniz və qurudan Qəzzanı bombalayır. Fələstin qüvvələri bu hücumlara cavab olaraq işğal edilmiş ərazilərə 400-ə yaxın raket atıb. 

  • Yazılıb
  • da (də) 2018 Nov 14
  • Göndərən مدير سايت Aran News