Tarix : 2018 Nov 14
Kod 56930

Türkiyədə İsrail əlehyinə aksiya keçirilib - FOTO

İşğalçı İsrail rejiminin hücumlarıyla başlayan Qəzza zolağındakı insanlıq dramına etiraz mәqsәdilә Türkiyənin İstanbul şəhərində etiraz aksiyası keçirilib.
Arannews-Maide.Az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İşğalçı rejimin İstanbul Baş konsulluğu qarşısında toplanan minlərlə insan, İsrailin Qәzzaya tәşkil etdiyi hücumları lənətləyərək, Fələstin üçün azadlıq istəyib, uşaq, qadın və dinc sakinlәrin ölümlərinə səbəb olan hücumları qınayıblar. Hücuma son qoyması haqda İsrailә çağırış ediblәr. Etirazçılar sionist İsrail rejiminin bölgədə xaos, münaqişələr və qeyri-müəyyənliyin əsas amili olduğunu və  işğalçıları işğal etdikləri Fələstin torpaqlarından çıxarılmağın müsəlmanların əsas vəzifəsi olduğunu bildiriblər. Etirazçılar İsrail əleyhinə şüarlar səsləndirib və bu rejimlə müsəlman ölkələrinin əlaqələrini kəsilməsini  tələb ediblər.


  • Yazılıb
  • da (də) 2018 Nov 14
  • Göndərən مدير سايت Aran News