Tarix : 2018 Nov 14
Kod 56931

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Bu il oktyabrın 31-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana dövlət borcu əvvəlki aylarla müqayisədə dəyişməz olaraq qalıb.
Arannews-Azərtac-a istinadən xəbər verilir ki, hazırda Gürcüstanın Azərbaycana 7 milyon 976 min ABŞ dolları həcmində borcu var.Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 102 milyon 61 min dollar təşkil edir. Bu məbləğin 4 milyard 977 milyon 670 min dolları hökumətin payına düşür.Gürcüstanın ən çox borcu Almaniyayadır - 273 milyon 183 min dollar. Siyahıda ikinci yerdə 209 milyon 362 min dollarla Yaponiya, üçüncü yerdə isə 189 milyon 168 min dollarla Fransa gəlir.Qonşu ölkənin Türkiyəyə 15 milyon 297 min, Rusiyaya isə 63 milyon 567 min dollar borcu var.


  • Yazılıb
  • da (də) 2018 Nov 14
  • Göndərən مدير سايت Aran News