Tarix : 2018 Nov 15
Kod 56934

İsrailin Qəzzaya hücumu Səudiyyənin sifarişi olub

Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman İsrailin baş naziri Binyamin Netanyahudan Qəzzada əməliyyat həyata keçirməsini istəyib. Səbəbi isə səudlu müxalif jurnalist Camal Kaşıkçının (Khashoggi) qətlindən ictimaiyyətin nəzərini yayındırmaq olub
Arannews-FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Middle East Eye öz mənbələrinə istinadla xəbər yayıb.Bildirilir ki, Qəzza əməliyyatları Kral məhkəməsi, XİN rəhbəri və Müdafiə naziri, həmçinin kəşfiyyat xidmətindən ibarət  fövqəladə hədəf qrupu tərəfindən təklif olunan tədbir və ssenariyə daxildir.Qrup hesab edib ki, Qəzza müharibəsi Trampın diqqətini yayındıracaq və Vaşinqtonun nəzərini İsrailin strateji maraqlarını möhkəmlənməsinədə Səudiyyənin roluna yönəldəcək.Həmçinin şahzadəyə Türkiyəni bütün vasitələrlə neytrallaşdırmaq, o cümlədən  Türkiyə silahı almaq və Ər-Riyadla Ankara arasında əlaqələri möhkəmlətmək barədə Bin Salmanın  bəyanatı ilə prezidenti Rəcəb Tayyib Ərdoğanı «satın almaq» təklif olunub.Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləyib. Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. Dövlət televiziyası ilə çıxış edən prokuror bəyan etdi ki, jurnalist səfirlikdə rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Bu insanların kim olduğu isə açıqlanmır. Prokurorun sözlərinə görə, onlarla Kaşıkçı arasında düşən mübahisə davaya çevrilib, nəticədə jurnalist öldürülüb.Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir."Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. O əlavə edib ki, "Daily Sabah" qəzeti tezliklə Xaşuqcinin həyatının son dəqiqələrinin audioyazısının bir hissəsini dərc edəcək.Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Xaşoqcinin qatillərinin Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasında olduğunu bildirib.59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.


  • Yazılıb
  • da (də) 2018 Nov 15
  • Göndərən مدير سايت Aran News