Tarix : 2018 Nov 15
Kod 56935

Əl-Husi: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir

Yəmən inqilabı ali komitəsinin sədri sülh uğrundakı səyləri müsbət qiymətləndirdiyini bildirərək deyib: Artıq dünya kimin sülhə qarşı olduğunu bilməlidir.
Arannews-Əl-Aləm telekanalının verdiyi məlumata görə, Məhəmədəli Əl-Husi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi ilə davamlı şəkildə əlaqədə olduğunu bildirərək deyib: Yəmənin Səudiyyə təvacüzkarları tərəfindən mühasirəyə alındığı və bombardıman edildiyini və məhz bunun nəticəsində ölkədə məişət böhranının yarandığını nəzərə alaraq Yəmən xalqının məsləhəti əsasında sülhə nail olmağa səy göstərilməlidir. Yəmən inqilab komitəsinin sədri BMT Təhlükəsizlik Şurasının keçiriləcək iclasında Yəmən xalqı tərəfindən bir nümayəndənin iştirakına çağıraraq deyib: İndiyədək BMT-də Yəməni işğal edənlərin müxaliflərinin səsi eşidilməyib. Əl-Husi Yəmənə təcavüz edən tərəfin və yaxud onların muzdlularının Təhlükəsizlik Şurasında təmsil olunduqlarını bildirərək deyib: Yəmən xalqının haqqıdır ki, öz baxışlarını açıqlasın və işğalçılığa qarşı müxalifətini bildirsin Səudiyyə Ərəbistanı, Amerika, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə son 3 il ərzində Yəmənə geniş hərbi hücum və bu ölkəyə qarşı quru, dəniz və hava blokadası həyata keçirməklə indiyədək 16 min yəmənlini ölümü, on minlərlə insanın yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olub.

  • Yazılıb
  • da (də) 2018 Nov 15
  • Göndərən مدير سايت Aran News