Tarix : 2018 Nov 16
Kod 56942

Fələstinlilər Qəzza zolağında İsrail üzərindəki qələbələrini qeyd etdilər – Foto

Ötən gecə Qəzza zolağında yaşayan fəlsətinlilər İsrail rejimi hücumları qarşısında müqavimət göstərərək işğalçıların atəşkəsə razılaşmasını qələbə kimi dəyərləndiriblər.

Arannews-Həqiqət QHT (Truth NGO) –  Minlərlə fələstinli atəşkəsin əldə olunmasından sonra küçələrə axışaraq İsrail rejimi üzərində qələbə yürüşü keçiriblər.   Xatırladaq ki, noyabrın 13-də İsrail hökuməti fələstinlilərlə atəşkəs rejimi elan edərək hücumları dayandırma qərarı alıb.Eastnews.org-un verdiyi xəbərə görə, Qəzza zolağında gərginlik 2 gün öncə İsrail xüsusi təyinatlılarının Xan Yunis rayonunun 3 km dərinliyində “İzzədin əl-Qəssam” birqadasının komandirlərinə qarşı sui-qəsd törətməsindən sonra artıb. Belə ki, bu əməliyyat nəticəsində 7 fələstinli həlak olub. İsrail tərəfi isə bu əməliyyatda bir polkovnik-leytenantını itirib, bir hərbçisi isə əsir düşüb.

 

   


  • Yazılıb
  • da (də) 2018 Nov 16
  • Göndərən مدير سايت Aran News