Tarix : 2018 Nov 16
Kod 56948

Axtarışda olan 40 nəfər saxlanılıb

Noyabrın 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Arannews-Daxili İşlər Nazirliyindən FaktXeber.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Nov 16
  • Göndərən مدير سايت Aran News