Tarix : 2018 Nov 19
Kod 56973

Mirtağı Əsədovun atası oğlunun saxlanılmasında Gürcüstanın marağı olduğunu düşünmür

İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin, Tolerantlıq və Müxtəliflik İnstitutunun, Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri və Evanqelist-Baptist kilsəsinin mitropoliti Malxaz Sonğulaşvili Seyid Mirhüseynlə görüşüblər
Arannews-"marneulifm"ə istinadən xəbər verir ki, təşkilatların nümayəndələri Mirtağı Əsədovun Azərbaycan sərhədində saxlanılmasını ailə üzvlərinin nə ilə əlqələndirmələri ilə, onun həbsinin fəaliyyəti və kifayət qədər tənqidi yanaşdığı dövlət dini idarəsinin fəaliyyəti ilə bağlı olub-olmaması, Gürcüstanda davam edən seçkiöncəsi proseslərin həbslə əlaqəsinin olub-olmaması ilə maraqlanıblar.Mirtağı Əsədovun atası oğlunun saxlanılmasında Gürcüstanın marağı olduğunu düşünmür.“Mənim oğlumun yalnız öz təşkilatı var. O, ədalət tələb edir. Bu xasiyyətdə adamdır.” - atası deyir və bunda Azərbaycanın marağı olduğunu və dini baxımdan İran dövlətinin təsirini araşdırdıqlarını güman edir.“Ola bilsin ki, ikinci oğlumun İranda yaşaması və orada fəaliyyət göstərməsinə görədir. Bunun üçün Mirtağıdan istifadə etməyi düşünürlər.” - Seyid Mirhüseyn Əsədov deyir.O, ümid edir ki, Gürcüstan dövlət strukturları Mirtağı Əsədovun azad olunması istiqamətində fəal çalışacaqlar.İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin bərabərllik siyasəti proqramının direktoru Tamta Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı Mirtağı Əsədovun səhhətinin yaxşı olmadığını deyib və bildirib ki, “Gürcüstan hakimiyyəti Mirtağı Əsədovun cəzaçəkmə müəssisəsində qeyri-insani rəftardan və ləyaqətinin alçaldılmasından qorumaq üçün bütün imkanlardan istifadə etməlidir”. Mikeladzenin dediyinə görə, Əsədovun vəkillə qısa müddətli görüşü olub.“Aydındır ki, bizim bu məsələ ilə bağlı çox sayda şübhə və suallarımız var. Məhz Mirtağı Əsədovun Gürcüstandakı fəaliyyətinə görə. O, Gürcüstan hakimiyyətinin dini azadlıqlar istiqamətində siyasətinə qarşı kifayət qədər tənqidi yanaşırdı. Bu işdə birbaşa Azərbaycan hakimiyyəti ilə əlaqəli digər maraqların olduğu da istisna deyil, lakin bu istiqamətdə əsaslı cavabımız yoxdur. Məsələnin monitorinqinə davam edirik. Beynəlxalq təşkilatların resurslarından yerindəcə istifadə etməyə çalışırıq”. -Tamta Mikeladze deyib.Xatırladırıq ki, İHHŞ “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Şeyx Mirtağı Əsədov 7 noyabr tarixində Azərbaycan respublikasının sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan respublikasında 30 gün azadlıqdan məhrumetmə cəzası verilib.
  • Yazılıb
  • da (də) 2018 Nov 19
  • Göndərən مدير سايت Aran News