Ərəbistan birjasının göstəricisi iki faizlik azalma ilə noyabrda özünün minimum miqdarına çatıbdır.
Arannews-Payları Ərəbistan birjasında alver edilən 190 şirkət arasında 149 şirkət cari həftədə payların dəyərinin azalması ilə üzləşibdir.Ərəbistanda və ərəb dünyasında ən böyük bank sayılan "Əl-Əhli Bank" misli görünməmiş 3,5 faizlik azalmaya malik olub. 470-dən çox şöbəyə malik olan Ərəbistanın "Əl-Rəjhi Bankı"nın pay dəyəri də 2,9 faiz tənəzzülə malik olubdur.İqtisadçıların qənaətinə görə, səud jurnalisti Camal Qaşıqçının qətlinin törətdiyi siyasi nəticələrdən irəli gələn hadisələr bais olub ki, xarici investorlar noyabrın ortasına çıxan həftədə pay almaq əvəzinə, pay satışı ilə məşğul olsunlar və bu mövzu birja göstəricisi dəyərinin azalmasında olduqca təsirli olubdur.Ərəbistanın bəzi dövlət müəssisələrinin, o cümlədən ümumi investisiya fondunun bu ölkənin birjasına dəstək verməsinə rəğmən, bu bazar hələ də bir çox çatışmazlıqlarla üzləşir.Bundan öncə Ərəbistan birjasındakı xarici inestorların şirkətlərinin pay göstəricisi noyabrın birinə çıxan həftədə ondan iki həftə öncə ilə müqayisədə şiddətli azalma ilə 23 milyon 800 min dollara çatdı.