Arannews-İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin mümkün gizlənmə yerinin tapıldığı haqda növbəti dəfə xəbərlər yayılıb.Yerli KİV-lərin məlumatına görə, İŞİD lideri İraq sərhədinin yaxınlığında Deyr-əz-Zor əyalətinin Həcin şəhəri ərazisində gizlənir.Sözügedən bölgədə fərqli-fərqli millətlərdən olan yüksək vəzifəli İŞİD terrorçularının olduğu, onların da arasında əl-Bağdadinin də olduğu ehtimal edilir.Xatırladaq ki, KİV-lərdə mütəmadi olaraq İŞİD başçısının ehtimal edilən yeri haqda məlumatlar yazılır. Onun ağır yaralı olduğu və yatağa bağlı olduğu da qeyd edilir.Ötən il isə onun hava zərbəsi nəticəsində məhv edildiyi yazılsa da, bu öz təsdiqini tapmadı