Tarix : 2018 Nov 23
Kod 57000

ABŞ Suriyada fosforlu bombalardan istifadə edib

ABŞ başda olmaqla Beynəlxalq Koalisiya Qüvvələri Deyr əz-Zor əyalətində Haccin şəhərinə ağ fosforlu bombalarla aviazərbələr endirib. Bu barədə Suriyanın Ikhbariya telekanalı xəbər verib.


Arannews-Məlumatda qurbanların sayı dəqiqləşdirilməyib, çoxsaylı yaralıların olduğu vurğulanıb.Qeyd edək ki, koalisiya mütəmadi olaraq  Həccin  şəhərinə və yaxınlıqdakı məntəqələrə  aviazərbələr endirir. Yerli KİV dəfələrlə bu bombardmandan dinc sakinlərin öldüyü xəbərini bildiriblər. Təkcə ötən həftə  Əl-Bukaan  kəndinin 40 sakini  bombardmanın qurbanı olub.Rəsmi Dəməşq öz növbəsində BMT-yə müraciət edərək  tədbirlər görməsini və koalisiyanın  ölkə ərazisinə qeyri-qanuni girişini dayandırmasını tələb edib.




  • Yazılıb
  • da (də) 2018 Nov 23
  • Göndərən مدير سايت Aran News