Arannews-“İslaminSesi” xəbər verir ki , İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr İŞİD terrorçu qruplaşması səbəbiylə Mosul şəhərinin təhlükədə olduğunu açıqlayıb. "İl yarım əvvəl xilas edilən Mosul hərəkətə keçən İŞİD hücrələri səbəbiylə təhlükə altındadır. Ordu və təhlükəsizlik qüvvələri ehtiyatlı olmalıdırlar", - deyə Müqtəda Sədr diqqətə çatdırıb. Mosulun qorunmasını istəyən Müqtəda Sədr şəhərdəki bəzi əllərin korrupsiyaya qurşandığını vurğulayıb. Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri 2017-ci ildə Mosulu İŞİD terrorçularından xilas etmişdi.