Tarix : 2018 Nov 23
Kod 57001

Müqtəda Sədr Mosulun təhlükədə olduğunu bəyan etdi

Müqtəda Sədr Mosulun təhlükədə olduğunu bəyan etdi


Arannews-“İslaminSesi” xəbər verir ki , İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr İŞİD terrorçu qruplaşması səbəbiylə Mosul şəhərinin təhlükədə olduğunu açıqlayıb.  "İl yarım əvvəl xilas edilən Mosul hərəkətə keçən İŞİD hücrələri səbəbiylə təhlükə altındadır. Ordu və təhlükəsizlik qüvvələri ehtiyatlı olmalıdırlar", - deyə Müqtəda Sədr diqqətə çatdırıb.  Mosulun qorunmasını istəyən Müqtəda Sədr şəhərdəki bəzi əllərin korrupsiyaya qurşandığını vurğulayıb.  Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri 2017-ci ildə Mosulu İŞİD terrorçularından xilas etmişdi.




  • Yazılıb
  • da (də) 2018 Nov 23
  • Göndərən مدير سايت Aran News