Türkiyənin xarici işlər naziri ABŞ prezidentini səudiyyəli müxalif jurnalistin qətlinə göz yumduğuna görə qınayıb.
Arannews-Təsnimin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Donald Trampın Səudiyyə Ərəbistanına Camal Qaşıqçının qətli barədə bəraət qazandıran son bəyanatına toxunaraq deyib: Donald Trampın bu cinayətə göz yummaq niyyətində olması təssəf doğurur. Türkiyənin XİN rəhbəri deyib: ABŞ prezidenti deyir: Ağ ev qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanı ilə əlaqələrinə zərbə vurmayacağını deyir və Ərrəyadın ABŞ-da yüz milyardlarla dollar investisiya qoyduğunu xatırladır amma Tramp pulun hər şey demək olmadığını bilməlidir. Çavuşoğlu qaşıqçının qətli ilə əlaqədar araşdırma əməliyyatına kömək etmədiyinə görə Səudiyyə hökumətini qınayaraq deyib: Səudiyyəli jurnalistin qətli dəhşətli cinayət idi və dünya xalqları bu qətlin müxtəlif cəhətlərinə aydınlıq gətirilməsini istəyirlər və Türkiyə bu barədə məlumatları hamının ixtiyarına verəcək.