Tarix : 2018 Nov 24
Kod 57014

Rəbiül-əvvəl ayının 17-ci gününün əməlləri

Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.

Arannews-Maide.Az xəbər verir ki, həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:

 
1. Qüsl etmək;
 
2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.
 
3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);
 
5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.
 
6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.
 
Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü

  • Yazılıb
  • da (də) 2018 Nov 24
  • Göndərən مدير سايت Aran News