Tarix : 2018 Nov 24
Kod 57015

Ayətullah Xamenei 1000-dən çox məhbusu əfv etdi

İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ərəfəsində

Arannews-Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. 

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Böyük İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1086 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb. 
Qeyd edək ki, noyabr ayının 25-i  İslam Peyğəmbəri (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür. 

  • Yazılıb
  • da (də) 2018 Nov 24
  • Göndərən مدير سايت Aran News