Arannews-Hədəf14.az istinadən verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits ilə görüşüb. Görüş paytaxt Səna şəhərində baş tutub. Seyid Əbdülməlik əl-Husi BMT rəsmisindən tələb edib ki, Yəmənə qarşı mühasirə tamamilə dayandırılmalıdır. "Bu mühasirə birbaşa Yəmən xalqını hədəfə alıb", - deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb."Ənsarullah" lideri tələb edib ki, BMT Yəmən böhranı ilə bağlı gözlə görünən addımlar atmalıdır.