Azerbaijan Servisi/Aran Agentliyi
Muxtar Respublikadan əcaib xəbərlər gəlməkdə davam edir. Dünən Naxçıvandan elektron poçtumuza maraqlı xəbər daxil oldu. Oxucumuzun yazdığına görə, artıq neçə gündür ki, Naxçıvan şəhərində qeyri-rəsmi fövqəladə vəziyyətdir. Belə ki, axşam saat 11-dən sonra şəhərdə gəzmək qadağan olunub. Həmin vaxtdan sonra şəhərdə görünənlər inzibati qaydada cəzalandırılırlar.
Bundan başqa istər təyyarə, istərsə də, avtobusla Bakıya gedənlərdən izahat alınır. Sərnişinlərdən paytaxta nəyə, hansı məqsədlə getməsi barədə sorğu-sual edilir.