Tarix : 2018 Nov 26
Kod 57030

İslami Vəhdət konfransının qonaqları İmam Xomeyni(r.ə)-in yüksək yerinə hörmət ifadə ediblər

32-ci Beynəlxalq İslami Vəhdət Konfransında iştirak edən 350 görkəmli xarici şəxsiyyət dünən gecə İmam Xomeyni(r.ə)-in pak hərəmində olaraq, İran İslam Respublikasının böyük banisinin yüksək yerinə hörmət ifadə edib.

Arannews-32-ci Beynəlxalq İslami Vəhdət Konfransının qonaqları İran İslam Respublikasının böyük banisinin məzarı önünə əklil qoyaraq, İmam Xomeyni(r.ə)-in yüksək yerinə hörmət ifadə ediblər.İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi bu mərasimdə bildirib ki, 81 ölkədən 350 xarici qonaq 32-ci Beynəlxalq İslami Vəhdət Konfransında iştirak etmək üçün İrana gəlibdir.O, qeyd edib ki, müsəlman elita bu konfransda iştirak edərək, dünya xalqlarına sübut etdi ki, İmam Xomeyni(r.ə)-in yolu və amalı İslam Ümməti arasında keçmişdəki kimi yaşayır.Ayətullah Mohsen Əraki əlavə edib: Bu gün İslam İnqilabının Böyük Rəhbərinin müdrik göstərişləri hesabına İmam Xomeyni(r.ə)-in amalları İslam dünyasında həyata keçibdir.İslami Məzhəblərin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi həmçinin vurğulayıb ki, Beynəlxalq İslami Vəhdət Konfransının Tehranda keçirilməsi İslami İranın qüdrəti və təhlükəsizliyindən xəbər verir. O, deyib: Xarici qonaqların bu konfransdakı şövqlü iştirakı müsəlmanların yenidən İmam Xomeyni(r.ə.) və onun yüksək hədəfləri ilə bir daha beyət etmələri deməkdir.32-ci Beynəlxalq İslami Vəhdət Konfransı şənbə günü "Quds-İslam Ümmətinin birliyinin mehvəri" şüarı və 81 ölkədən 350 qonağın iştirakı ilə Tehranda İslami Ölkələrin Sammit Salonunda işə başlayıb. Bu konfrans noyabrın 26-da işini başa vuracaqdır.


  • Yazılıb
  • da (də) 2018 Nov 26
  • Göndərən مدير سايت Aran News