“Bunlar istəyirlər ki, budnan sonra TSQ-də vəzifə başına gələn zabitlər “dırnaqları çıxarılmış” vəziyyətdə kreslolarına otursunlar. Onlar hətta Öcalanı Türkiyəyə gətirən zabiti belə həbs ediblər”
Turkyə Servisi/Aran Agentliyi
Türkiyədə “Ergenokon” əməliyyatı ilə bağlı ortaya maraqlı detallar çıxır. Məlum olur ki, müstəntiqlərin diqqətini ABŞ rəsmiləri ilə münasibətlər də çəkir.
Artıq neçə vaxtdır ki, mətbuat nümayəndələri də bu işə cəlb olunur. Cinayət işi ilə əlaqədar istinataq Türkiyənin "Cumhuriyyət" qəzetinin Ankara üzrə nümayəndəsi Mustafa Balbayı da dindirib. Və o, 3 gün həbsdə qalıb, azadlığa çıxdıqdan sonra isə çox diqqət çəkən məlumatlar verib. Jurnalist bildirib ki, istintaq ona təzyiq edib, kitablarını məhkəməyə dəlil kimi əlavə edib və rəsmi görüşlərdə iştirakına, bəzi mükafatların təqdim edilməsinə görə günahlandırılıb.
Türkiyədə ART televiziyasına açıqlamasında Balbay bildirib ki, polislər onun evinə necə dolublarasa, kiçik yaşlı qızı az qala şoka düşsün. Və evi axtaranlar həmin balaca qızın kompüterini belə aparıb.
İstintaqın diqqətini ən çox jurnalistin ABŞ səfiri ilə bir məclisdə olması və oradakı söhbətlər çəkib. Jurnalist istintaqa bildirib ki, orada xeyli həmkarları olub və bu söhbət çox diqqət çəkirsə, səfirin özünü çağırsınlar. İstintaqın ABŞ səfiri ilə görüşdən narahat olması yəqin ki, Amerika rəsmilərinin də diqqətindən qaçmayacaq.
Jurnalistin sözlərinə görə, istintaqın əsas məqsədi Türkiyə Silahlı Qüvvələrinin (TSQ) nümayəndələrini sındırmaqdır: “Bunlar istəyirlər ki, budnan sonra TSQ-də vəzifə başına gələn zabitlər “dırnaqları çıxarılmış” vəziyyətdə kreslolarına otursunlar. Onlar hətta Öcalanı Türkiyəyə gətirən zabiti belə həbs ediblər”.