Arannews-«İsrail Hizbullaha qarşı məqsədyönlü qətl həyata keçirməlidir», - deyə IDF-in 91-ci diviziyasının 300-cü briqadasının komandanı polkovnik Roy Levi bəyan edib.FaktXeber.com-un məlumatına görə, bu barədə Walla xəbər yayıb.Bildirilir ki, 300-cü briqadanın komandanı «Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahı öldürməlidir, çünki onun ölümü Livan qruplaşmasının mənəvi ruhuna ağır zərbə olar», - deyə vurğulayıb.IDF komandanı xatırladıb ki, İsrail 2006-cı ildə Hizbullah lideri Beyrutda olarkən ona qarşı sui-qəsdə cəhd ediblər, lakin əməliyyatları uğurlu olmayıb.Qeyd edək ki, İsrail əvvəllər Hizbullahın bir neçə əməkdaşını, o cümlədən Hizbullahın sabiq Baş Katibi Seyid Abbas Musəviyə və hərbi komandan İmad Muğniyəyə qarşı sui-qəsd həyata keçirib.