Tarix : 2018 Nov 28
Kod 57049

Tunisdə bin Salmanı `qatil` adlandırdılar

Jurnalist Camal Qaşıqçının qətlindən sonra ərəb ölkələrinə səfərə yollanan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Misirdən sonra Tunisdə də etirazla qarşılanıb.

Arannews-FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, narazı kütlə vəliəhd şahzadənin Tunisə öz cinayətlərini ört-basdır etmək üçün gəldiyini bildirib və "Bin Salman bir nömrəli qatildir"  şüarı ilə etiraz aksiyaları keçirib. 
Tunisin Milli Jurnalistlər Birliyi paytaxtdakı binasının qarşısına bin Salmana etiraz olaraq plakat yerləşdirib. Plakatda səudiyyəli şahzadənin əlində mühərrikli mişarla təsviri öz əksini tapıb və "İnqilab torpağı olan Tunisin çirklənməsinə yox" adlı şüar yazılıb.

  • Yazılıb
  • da (də) 2018 Nov 28
  • Göndərən مدير سايت Aran News