Tarix : 2018 Nov 29
Kod 57056

İslam alimləri İsrail rejimi ilə münasibətləri haram bilir

Ümumdünya Əhli-Beyt Assambleyasının baş katibi Ayətullah Məhəmməd Həsən Əxtəri Tehranda keçirilən 32-ci İslami Vəhdət Konfransının yekun iclasında çıxış edərək deyib ki, şəriətə əsasən İsrail rejimi ilə hər cür əlaqələrin normallaşdırılması haramdır.

Arannews-Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ayətullah Əxtəri konfransın Fələstin milləti və amalını müdafiə etmək üçün yaxşı bir fürsət olduğunu vurğulayaraq, insan haqları, beynəlxalq və qeyri-hökumət təşkilatlarından bəyanatlar yaymaqla İsrail rejiminin siyasətlərini və təşəbbüslərini pisləmələrini istəyib.Ümumdünya Əhli-Beyt Assambleyasının baş katibi mərhum İmam Xomeyni və ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Fələstin xalqına dəstək verən müxtəlif bəyanatlarına da istinad edərək, belə deyib: “Fələstin xalqının müqaviməti digər müsəlmanların, millətlərin dəstəyi ilə davam edəcək və bu müsəlmanlar arasında vəhdətin daha da güclənməsinə səbəb olan məsələdir”.


  • Yazılıb
  • da (də) 2018 Nov 29
  • Göndərən مدير سايت Aran News