Tarix : 2018 Nov 29
Kod 57057

Tramp ABŞ ordusunun Yaxın Şərqdən çıxmasını istisna etmədi

ABŞ prezidenti Yaxın Şərqdəki ABŞ qoşunları barədə danışıb.

Arannews-“The Washington Post”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp neftin qiymətlərinin azalması ilə bağlı olaraq ABŞ qoşunlarının Yaxın Şərq ölkələrindən çıxarılmasını istisna etməyib.“Biz dünyanın o hissəsində qalacağıqmı? Bunun bir səbəbi İsraildir. Neftin rolu günbəgün azalır, çünki biz həmişəkindən çox neft istehsal edirik.”, - deyə Tramp qeyd edib və əlavə edib ki, bu səbəbdən də orada qalmağa dəyməz.Xatırladaq ki, daha öncə ABŞ-ın müdafiə naziri ABŞ qoşunlarının Suriyadan çıxarılması şərtlərini açıqlamışdı. O demişdi ki, yalnız 3 şərt yerinə yetirildikdən sonra ABŞ orada çıxacaq: İŞİD-in məhv edilməsi, yerli qüvvələrin təlimi və Cenevrə prosesinin bərpası.


  • Yazılıb
  • da (də) 2018 Nov 29
  • Göndərən مدير سايت Aran News