Tarix : 2008 Jul 07
Kod 5706

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistana sentyabr ayında gələcək

Rusiya, ABŞ və Fransalı vasitəçilər - Yuri Merzlyakov, Metyu Brayza və Bernar Fasye məhz «Madrid təklifləri»nin ədalətli və balanslaşdırılmış olduğunu hesab edir
Azerbaijan Servisi/Aran Agentliyi
ATƏT Minsk Qruppu həmsədrlərinin bölgəyə növbəti səfəri, ola bilsin ki, bu ilin sentyabr ayında baş tutacaq. Bu məlumatı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, vasitəçilərin iyunun sonunda Bakı, İrəvan və Dağlıq Qarabağa gəlişi zamanı baş tutmuş danışıqlar, həmsədrlərin 2007-ci ilin noyabr ayında irəli sürdüyü təkliflər əsasında aparılıb.Həmin vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri Madirddə, Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ probleminin sulh yolu ilə həllinə dair ilkin (bazis) prinsiplərini təqdim etmişdi. Rusiya, ABŞ və Fransalı vasitəçilər - Yuri Merzlyakov, Metyu Brayza və Bernar Fasye məhz «Madrid təklifləri»nin ədalətli və balanslaşdırılmış olduğunu hesab edir.
   
    «Danışıqlar davam edir və bu barədə Ermənistan və Azərbaycan prezidentlərinin bu il Sankt-Peterburqda keçirilmiş görüşündə də məlumat verilmişdi. Dövlət başçıları xarici işlər nazirlərinə danışıqları məhz bu təkliflər əsasında aparmağı tapşırmışdı». Edvard Nalbandyan belə deyib və əlavə edib ki, rəsmi İrəvan buna hazır olduğunu həmişə bəyan edib. «Artıq rahat nəfəs alaraq söyləyə bilərik ki, nəhayət, Azərbaycan tərəfi də danışıqların məhz Madrid təklifləri əsasında apardığını etiraf etdi».
 
  • Yazılıb
  • da (də) 2008 Jul 07