Səudiyyə vəliəhdinin səfərlərinə qarşı geniş etirazlar davam edir. Sosial şəbəkələrin istifadəçiləri Məhəmməd Bin Salmanın sözü və rəftarı arasındakı təzadlara diqqət çəkərək onun getdiyi ölkəyə onun həqiqi simasını təqdim edir və etirazların davam etməsinə çağırırlar.
Arannews-Həqiqət QHT (Truth NGO) – Səudiyyə vəliəhdi cüməaxşmaı günü, əslində səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən 50 gün sonra , bu qətldə rolu olduğuna görə beynəlxalq ictimaiyyətin ümumi fikrinin geniş təzyiqlərindən qurtarmaq məqsədi ilə Əbudəbiyə daxil olaraq bir neçə ərəb ölkəsinə səfərlərinə start verdi.Bin Salman Əbudəbidən sonra Bəhreyn və Misirə getdi. O Argentinaın Buenos-Ayres şəhərində keçirilən G20 qrupu ölkələrinin sammit iclasına qatılmazdan öncə Tunisə də baxış keçirdi . Onun səfəri Bəhreyn, Misir və Tunisdə geniş xalq etirazları ilə müşayiət olundu. Həmin ölkələrdə hüquq müdafiə qrumları, parlament üzvləri, tanınmış elm adamları və ziyalılar Bin Salmanın səfərinə etiraz edərək xalqın kənarında durdular.
Sosial şəbəkə istifadəçiləri xüsusiylə Tvitterdə Hştaq yaradaraq Bin Salmanın xarici səfər qərarının utandırıcı olduğunu bildiriblər. Həmin istifadəçilər Bin Salmana Minşar ləqəbini veriblər. Minşar isə mişar deməkdir və Camal Qaşıqçının mişarla doğrandığına görə sosial şəbəkə istifadəçiləri bu ləqəbi Bin Salmana veriblər.