Tarix : 2018 Nov 30
Kod 57065

Yəmənin XİN rəhbəri raketlərin SSRİ-dən alındığını deyib

Yəmənin milli qurtuluş hökumətinin xarici işlər naziri Hüşam Şərəf Abdullah Amerikanın əsassız iddialarını rədd edərək deyib ki, Yəmən İrandan silah almayıb və Yəmənin ballistik raketləri vaxtı ilə sovet ittifaqından alınıb

İRNA-nın verdiyi məlumata görə, Hüşam CNN telekanalına verdiyi açıqlamada deyib: ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Niki Hillinin iddiası yalandır Yəmən öz raketlərini vaxtı ilə SSRİ-dən alıb və onların qabiliyyətini artırıb. Yəmənin Milli Qurtuluş Hökumətinin XİN barşçısı deyib: İranlılar Yəmənə heç bir raket verməyiblər və bütün dünyaya elan edirik ki, Yəmən uzun illər Ali-Səud rejimi qarşısında özünü müdafiə etmək üçün raketlərə malikdir. ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Niki Hili ötən il 14 dekabrda İranın Yəmənə raket verdiyini iddia etmişdi

  • Yazılıb
  • da (də) 2018 Nov 30
  • Göndərən مدير سايت Aran News