Ali Məclisə yeni üzvlər və QAT sədrinin müavinləri bəlli olub, o cümlədən rayon şöbə sədrlərinin səlahiyyətləri təsdiq edilib
Azerbaijan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisin sessiyasında yeni rəhbərlik seçilib. QAT mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, Ali Məclisə yeni üzvlər və QAT sədrinin müavinləri bəlli olub, o cümlədən rayon şöbə sədrlərinin səlahiyyətləri təsdiq edilib. Toplantıda “Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair vahid mövqe” adlandırılan sənəd də qəbul olunub və imza toplama kampaniyasına başlamaq haqda qərar, həmçinin azərbaycanlı əsir qadınlara qarşı erməni vəhşiliklərini əks etdirən sənəd qəbul edib. Sənədin internet saytlarında yerləşdirilməsi və elektron ünvanlara göndərilməsi nəzərdə tutulub.