Tarix : 2018 Dec 01
Kod 57075

Yeni təyin edilmiş nazirlər Bəşər Əsədin qarşısında and içdi

Suriyanın yeni 7 naziri dövlət başçısının önündə and içərək vəzifəni qəbul ediblər.

arannews- əlAləmə istinadən xəbər verir ki, Suriyanın yeni 7 naziri dövlət başçısının önündə and içib.Suriyanın rəsmi xəbər agenti olan “Sana”nın verdiyi məlumata görə nazirlərin andını qəbul edən Prezident, yeni təyin edilən nazirlərdən dərhal fəaliyyətə başlamağı, vətəndaşların üzləşdiyi çətinliklərin həli ilə məşğul olmağ və təcili tədbirlərin görülməsini tələb edib.And içmə mərasimində çıxış edən Bəşər Əsəd bütün məmurları ilk öncə korrupsiyaya qarşı mübarizəyə çağırıb və korrupsiyanı dövlətçilik üçün ən böyük təhlükələrdən biri hesab edib. Hətta korrupsiya və terroru bir sikkənin (dəmir pulun) iki üzü adlandırıb.Korrupsiyanın əsas səbəbinin qanunların icrasında yaranan boşluqların olduğunu vurğulayan Ölkə Başçısı nazirlərdən diqqətli olmağı və dərhal işə başlamağı tələb edib

  • Yazılıb
  • da (də) 2018 Dec 01
  • Göndərən مدير سايت Aran News