Xəbər Lenti

İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Avropadakı mühacirlər BMT-nin ofisi önünə toplaşıblar

Paşinyan xalqı yenidən yürüşə çağırd

Azərbaycan-R Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib

Azərbaycan R-nın hərbi heyəti İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında olub

İşçi Qrup: Azərbaycanda 127 siyasi məhbus var

Ərdoğan NATO-nu terrorçulara dəstəkdə ittiham etdi

Cəbhəçi Rövşən Quliyev həbs edilib

Qüdslü fəal: İsrail Qüdsü yəhudiləşdirmək üçün əlindən gələni edir

Prokuror AXCP üzvlərinə iş istəyib

Prokuror AXCP üzvlərinə iş istəyib

Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO

Cəbhədə düşmən təxribatı davam edir: Atəşkəs 29 dəfə pozulub

Ərdoğan hələ indi başa düşüb: ”Avropa İttifaqı Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir”

Xəzəryanı ölkələr bu dənizdə başlanğıc xəttin təyini üçün səy göstərirlər

Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir (Yenilənib

Şeyxdən çeçen-azərbaycanlı davasına münasibət

Bəşər Əsəd 15 ay sonra ilk dəfə çıxış etdi

Rusiyada Azərbaycana qarşı növbəti təxribat

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Bakıda siyasi məhbuslara dəstək aksiyasına çağırılıb

Azərbaycanda hər dörd cütlükdən biri boşanır

Əsəd: Ərdoğan əslində amerikalılar üçün kiçik muzdlu əsgərdir

Paşinyandan müxalifətə: Ofisinizdə Rusiya bayrağını niyə asmırsız

Milli Şura mitinq təyin edib

124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bəşər Əsəd Suriyada silahlı qruplara müraciət edib

HƏMAS: Varşava konfransı yalnız İsrailin maraqlarına xidmət edir

Novruzqabağı əfvlə "siyasi məhbuslar" azad edilə bilərmi

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür

Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər

Milli Şura yenə mitinq təyin etdi

Hizbullah lideri: Bizim gücümüz silahda deyil, düşmənlə mübarizəyə etiqadımızdadır

Əfv Komissiyası iclasında keçirdi 200-ə qədər müraciətə baxılıb

Siyavuş Novruzov "kotlet" ordeni aldığı üçün məktəblilər dərddən içir

Əroğan Makronu siyasət aləminə təzə gəlmiş siyasətçi adlandırıb

Ruhani: Tehran və Moskva əlaqələri strateji olmağa doğru irəliləyir

AİP qanlı terror aktını kəskin pislədi

Deputatxanaya girməyi "yuxarların" gözünə girmək hesab edən deputat

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs qonşu ölkədə tutuldu

Arxiv
 
Tarix : 2018 dek 03     |     Kod : 57076

Ərdəbildə Nardaran şəhidlərinin anım mərasimi keçirildi

Höccətül-islam Seyid İbrahim Mirabbaszadə: “Azərbaycan Respublikasının dövlət adamlarına tövsiyə edirik ki, sionist rejimi ilə əlaqələri genişləndirmək əvəzinə regionun müsəlman əhalisinin yanında olsun.”

Arannews-Nardaran şəhidlərinə diqqət etməklə İslam dünyası şəhidlərinin anım mərasimi cümə günü məğrib və işa namazlarından sonra Ərdəbilin Molla Mömin məscidində keçirildi. Nardaranın məzlum şəhidlərinin üçüncü ildönümü manasibətilə keçirilən bu mərasimdə ərdəbilli məşhur xətib höccətül-islam Seyid İbrahim Mirabbaszadə dedi: “İslam dini həqiqət dinidir. İslam həqiqət qarşısında təslim olmaq dinidir.Həqiqi şiə həqiqətçi olmalıdır, həqiqət qarşısında təzim etməlidir və batilə qarşı mübarizə aparmalıdır.”Xətib əlavə etdi: “Məsum imamların (ə) həyatına baxdıqda onlara qarşı çoxlu zülmlərin olduğunu görürük. Lakin onlar heç vaxt küfr və zülm qarşısında baş əyməyiblər.”Mirabbaszadə daha sonra dedi: “Tarix boyu iki təfəkkür bir-birinə qarşı dayanmışdır. Bir dəstə haqq tərəfdarı, bir dəstə də batil tərəfdarı olaraq o vaxtdan indiyə kimi bir-birinin qarşısında dayanıb. Haqqın batil əleyhinə dayanması Səqifədə, Kərbəlada və zorla qəbul etdirilmiş 8 illik müharibədə də davam etmişdir.Hal-hazırda da hərəm müdafiəçiləri qanlarından keçməklə haqq yolunu davam etdirirlər. Bu təkcə biz iranlılara aid deyil. Bildiyiniz kimi haqqın batil əleyhinə dayanması dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycan Respublikasının Nardaran qəsəbəsində də baş verdi. Bu hadisədə 4 nəfər islamçı və Əhli-beyt (ə) aşiqi polis qüvvələrinin dini mərasimə hücumu nəticəsində şəhid oldu, bir çoxları da yaralandı. Azərbaycan hökuməti bu hərəkətlə xalqın əzadarlıq keçirməsinin qarşısını almağa cəhd edirdi, amma bilmirdi ki, onları şəhid etməklə İslam və şiə məktəbinə heç bir zərər vura bilməz, üstəlik bu kimi addımlarla Əhli-beyt (ə) sevərləri oyadır, onları batilə qarşı qiyam etməyə qaldırır.”Xətib nitqinin davamında dedi: “Azərbaycanın dövlət adamlarına tövsiyəmiz budur ki, sionist rejimlə əlaqələri genişləndirmək əvəzinə müsəlmanların yanında olsun. Çünki Allahın vəd etdiyi kimi son qələbə həqiqət axtaranlarla olacaq. Məhz həqiqət isə məsum imamların (ə) yolu ilə hərəkət etməkdir.”Xətib Azərbaycan Respublikaısnın anti-din hərəkət edən dövlət adamlarına səslənərək dedi: “Siz özünüzün din əleyhinə hərəkətlərinizə davam etmək istəsəniz, xalq “ləbbeyk, ya Hüseyn” şüarları ilə sizin qarşınızda dayanacaq. Bunu bilin və ciddi qəbul edin ki, Nardaranın məzlum və dindar xalqını şəhid etməklə bu məntəqədə həzrət Zeynəbin (ə) bayrağını yıxa bilməyəcəksiniz. Çünki biz dünya şiələri bu icazəni sizə verməyəcəyik.”Höccətül-islam Seyid İbrahim Mirabbaszadənin çıxışından sonra şair Yəhyəvi şəhidlər barədə şerlərini oxudu.Mərasimin davamında Əlirza İsfəndiyari rövzə oxudu.Qeyd edək ki, 26 noyabr 2015-ci il Ərbəin günləri ərəfəsində polis qüvvələri Nardaranda əzadarlıq edən əhaliyə hücum etdi. Bu hücumda Fərail Bünyadov, Sarvan İsgəndərov, Rafael Bünyadov və Əkbər Babayev şəhid oldu, ondan çox insan yaralandı.Bu hadisədə bir çox islamçı, o cümlədən Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırov və 16 nəfər şiə aktivist müxtəlif bəhanələrlə həbs edildi, sifarişli və qondarma məhkəmələrlə həbsxanalara göndərdilər.


Açar sözlər : 

Yazılıb da (də)   2018 dek 03  Saat  15   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin