Tarix : 2018 Dec 03
Kod 57077

Urmiyada Nardaran şəhidlərinin üçüncü ildönümü mərasimi keçirildi

Nardaran şəhidlərinə diqqət etməklə İslam dünyası şəhidlərinin ildönümü mərasimində çıxış edən höccətül-islam İbrahim Qibleyi şəhidləri anmağı ən böyük tərbiyə məktəbi adlandıraraq deyib: “Şəhidlərin xatırlanmağa ehtiyacları yoxdur. Nəsfimizi saflaşdırmaq üçün bizim bu məclislərə ehtiyacımız vardır.


Arannews-Allah “onlara Rəbbi yanında ruzi əta olunur” məqamını iki dəstəyə vermişdir: şəhidlərə və kamil insana. İki səbəbə görə şəhidlərə bu məqam verilmişdir:Birincisi, şəhid özünün bütün varlığını və hər bir şeyini, yəni öz canını meydana çıxartmışdır. Bu can dünyanın bütün bağlılıqlarının qabıdır. Şəhid Allaha xatir özünün hər bir şeyindən keçdiyi üçün Allah da ona “onlara Rəbbi yanında ruzi əta olunur” məqamını” verir.İkincisi, şəhid islah edir və bu işi ilə varlıq xilqətinin hədəf və qayəsinə kömək edir. Yəni hədəf budur ki, bütün insanlar hidayət və islah olsun.”Höccətül-islam İbrahim Qəbileyi sionist rejim və Amerikanın dünyanın hər bir yerində insani kəramətləri ayaq altına atmasına işarə edərək deyib ki, bu kəramətləri qorumaq üçün öz canlarından keçənlər “onlara Rəbbi yanında ruzi əta olunur” məqamındadırlar.Hövzə və universitet ustadı Nardaran şəhidlərini anmağı iftixar hesab edərək deyib: “Nardaran şəhidləri üç il bundan əvvəl 15 noyabrda sionist rejimin Nardarandakı amilləri vasitəsilə şəhid edildi. Çünki onlar zülmün qarşısında dayanmışdılar və ilahi ədaləti təbliğ edirdilər.”Xətib vurğulayıb ki, hər kəs Allahın doğru vədini və ədalətini müdafiə edərkən qanı tökülsə “onlara Rəbbi yanında ruzi əta olunur” məqamı ona verilər.Höccətül-islam Qibleyi Nardaran faciəsinin Qüdsü işğal edən rejimin dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasındakı məşum məqsədləri və pozğunluq mədəniyyəti istiqamətində baş verdiyini bildirərək deyib: “Nardaran şəhidləri düşmənlərin qeyri-ilahi istəkləri qarşısında dayandılar və “onlara Rəbbi yanında ruzi əta olunur” məqamına yetişdilər.”Urmiya şəhərinin Fatimə Zəhra (ə) məscidində keçirilən mərasim cənab Nikxisalın məddahlığı ilə başa çatıb, mərasim iştirakçıları İslam dünyası, xüsusilə də Nardaran şəhidlərinin xatirəsini yad ediblər.



  • Yazılıb
  • da (də) 2018 Dec 03
  • Göndərən مدير سايت Aran News