ABŞ və İsrailin, hətta onları dəstəkləyən 100 dövlətin belə İrana hücum qərarını verə biləcək qüdrəti yoxdur
Iran Servisi/Aran Agentliyi
Əhmədinejad ABŞ və İsrailin ünvanına sərt mesajlar verib.
İslam-Azeri-nin İrna-ya istinadlı xəbərinə görə İndoneziyada 8 inkişaf etmiş müsəlman ölkəsinin sammiti üçün rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad ABŞ və İsrailin ünvanına sərt mesajlar verib.
Yerli mətbuata müsahibəsində İrana hücum haqqında gedən söz söhbətə açıqlama gətirən İran prezidenti:"ABŞ və İsrailin, hətta onları dəstəkləyən 100 dövlətin belə İrana hücum qərarını verə biləcək qüdrəti yoxdur!"-deyib.
"ABŞ və İsrail yaxşı bilirlər ki, İranma hücum etmək onların qüdrətində deyil.Onlar İran xalqını yaxşı tanıyırlar. Çünki İran xalqı 8 il bütün böyük hegemon dövlətlərin dəstəyini almış Səddam höküməti ilə mübarizə apardı və öz istədiklərinə nail oldu. Bu təbliğat bizə artıq tanışdır"-deyən Əhmədinejad son zamanlar İrana hücum təbliğatına da işarə edib.
"Bu gün İran böyük bir qüdrətdir. ABŞ və İsrail bunu qəbul etməlidirlər. Nə qədər bununla onlar mübarizə edərək əleyhdarlıq edəcəklər özlərinə ziyan etmiş olacaqlar. Tarix onu sübut edib ki, İran xalqı onlarla mübarizə apara bilər və öz istədiklərinə də nail olmuşdur"-deyərək İran prezidenti Mahmud Əhmədinejad sözlərini tamamlayıb.