Tarix : 2018 Dec 02
Kod 57081

Yoldaş Amaşov, Ermənistanda Allah var, Azərbaycan isə allahsız yerdir

Utancverici bir məsələ bundan ibarətdir ki, nə üçün Azərbaycanda bircə dəfə ayağını məscidə qoymayan Əflatun bəy Ermənistanda məscidə gedir?

Arannews-Çox qəribə bir xəbər oxudum. Əvvəlcə siz də oxuyun, sonra keçək mətləbə: "Ermənistanın paytaxtı Yerevan şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci Plenar Sessiyası keçirilib. Yerevan səfərindən istifadə edən Əflatun Amaşov bu qədim tarixi torpağımızda yerləşən Göy Məscidə baş çəkib. Onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev müşayiət edib." Bilirsiniz də Paşinyan Ermənistanda müxalifəti ayağa qaldıran andan, daha sonra baş nazir olandan sonra Ermənistan bir yana qalsın, Azərbaycanda mühüm canlanma əmələ gəlmişdi. Sərqisyanı biabır etməkdən ötrü Azərbaycanda bir dəstə sayt başladı Paşinyana qahmar çıxdı. Bir yandan Sarqisyangilə müxalif olan xarici siyasi qüvvələr digər yandan da bizim həmin bu Əflatun Amaşovun mətbuatı (heç zad da olmasa kişi mətbuatın kralıdır) Paşinyanı müdafiyə etməyə başladı. Ta bu günə qədər Paşinyanın qələbəsi, sonra məğlubiyyəti, aksiyaları, tərəfdarları gündə bəlkə 652 dəfə işıqlandırılır. Bu da o deməkdir ki, şanlı mətbuatımız Ermənistandakı demokratiyanın Azərbaycandan güclü olduğunu təsdiqləyir. 
İndi gələk cənab mətbuatçının fəaliyyətinə. Kişi burdan basa-basa durub gedib Ermənistana, utanmadan da gedib orda məsciddə şəkil çəkdirib, saytlarda paylaşıblar. Bilirsinizmi, məscidə getmək nəinki utancverici deyil, hətta insan məscidə getməlidir. Amma ibadət üçün. Ora Allahın evidir, heç olmasa gərək insan orda riyakarlıq etməsin. Məscidə gedib ibadət edəndə onsuz da Allah şahid olur və sənə mükafat verir. Amma Əflatun isə sanki demək istəyib ki, mən allahsızam, ora da ancaq reklam olsun deyə getmişəm. Məsələn, şeyxin qudası hər dəfə mən həcc rekordu qırmışam deyəndə bir dəfə Əflatun kişi deyəcək ki, mən də Ermənistanda məscidə getmişəm. Utancverici bir məsələ bundan ibarətdir ki, nə üçün Azərbaycanda bircə dəfə ayağını məscidə qoymayan Əflatun bəy Ermənistanda məscidə gedir? Məgər Ermənistanda Allah var, (Allah bütün məxluqatı əhatə edir) Azərbaycan allahsızlar diyarıdır.Giriş olaraq əvvəldə Paşinyan haqda deyilənləri qısa olaraq yazmadım. Demək istəyirəm ki, sən demə demokratiya Ermənistanda olduğu kimi sanki Amaşov demək istəyir ki, elə allahpərəstlər də ordadır. Yoxsa Azərbaycanda "Göy məscid" yoxdur ki, deputat gedib orda özünü Allaha yox, camaata göstərir? Yoxsa Amaşov QMİ sədrinin məscidlərinə inanmır?İşin maraqlı tərəfi budur ki, bu məscidlər Emrənistanda İran mədəniyyət mərkəzinin balansındadır. Yəni İran Ermənistanda Allah evlərini təmir edir, bu evlər müsəlmanlar üçün fəaliyyət göstərir. Görürsünüzmü Ermənistan İranın bərəkətindən necə istifadə edir. Sabah-biri gün Paşinyan müsəlman olsa təəccüblənməyin. Bizimkilər isə İran adı gələndə ancaq agent, terrorçu fikirləşirlər. Deyirlər ki, İranın bütün işi-gücü Azərbaycanda terrorçu yetişdirməkdir. 
Bəli, sonda bir məsələni də demək istərdim. Deməli bizdə bütün günü bar-bar bağırırlar ki, dövlətimiz dünyada multikultralizmin nümunəsidir. Nə bilim, bütün dinlər Azərbaycanda həmrəydir, bu ölkə dünyada nümunədir. Bunun da üstünə məscidlərin təmir və bərpası məsələsi gələndə lap dəhşət olur. Amma Amaşov isə deyəsən bütün bunlara inanmır. Əlbəttə biz Amaşovun şəxsi çamadan daşıyanı deyilik ki, onun məscidə gedib-getməməsinə şahid olaq. Heç Ermənistana da onunla birlikdə gedib məsciddə şəkilini çəkən biz deyilik. Söhbət ondan gedir ki, Ermənistanda olduğu kimi Azərbaycanda bir dəfə adamın məscidə gedib foto çəkib paylaşmasını sosial şəbəkələrdə görmədik. Halbuki başqa vaxt deyirlər ki, din üçün məkanlar təyin edilib, gedin dininizi məscidlərdə yaşayın. Amma Amaşov isə məscidə gedəndə ibadət əvəzinə foto çəkib paylaşıb. Bu da bunların düşüncəsi. Bu işlər nahaqq yerə edilmir ha. Bilirsiniz də bundan qabaq sionist "müdafiə naziri" ölkəmizə gələndə DİN rəisi ilə ordu nazirimizin də fotoları məsciddən deyil məhz yəhudi məbədindən çəkilib paylaşılmışdı. Özü də Azərbaycanda. Özünüzə əziyyət verib gizlənməyin, sinaqoqda fotonuz çəkilməsəydi belə onsuz da Allah görür.

  • Yazılıb
  • da (də) 2018 Dec 02
  • Göndərən مدير سايت Aran News