Tarix : 2018 Dec 02
Kod 57083

Alimlər xəbərdarlıq edir: “İşğalçı qatil İsraillə əlaqə ümmətə xəyanətdir

Fələstin Alimlər Birliyi işğalçı İsrail rejimilə münasibətləri normallaşdırmağın Fələstin xalqını və İslam ümmətini kürəyindən bıçaqlamaq mənasına gəldiyini deyib.

Arannews-İslamazeri.com xəbər verir ki, birlik işğal rejimilə münasibətləri normallaşdırmaq cəhdlərinə son verilməsini və boykot divarının gücləndirilməsini istəyib.Fələstin Alimlər Birliyi sədrinin müavini Səlim Səlamə bəzi ərəb hökumətlərinin Fələstin xalqını kürəyindən deyil, qəlbindən xəncərlədiyini ifadə edib.Səlim Səlamə həmin hökumətlərin işğal rejimilə gizli danışıqlar aparmaqla kifayətlənmədiklərini, paytaxtlarının qapılarını işğal rejimi liderlərinə açdıqlarını qeyd edib.Səlamə işğal rejimilə münasibətlərini normallaşdıran bəzi ölkələrin bunun Fələstin xalqının xeyrinə olduğunu iddia etməsinin təəccüblü olduğunu bildirib.Alimlər Birliyi sədr müavini ümmətin alimlərinin 1935-ci ildə işğalçılarla əlaqənin haram olması istiqamətində fətva verdiyini və bu cür münasibəti xəyanət saydığını xatırladıb.

  • Yazılıb
  • da (də) 2018 Dec 02
  • Göndərən مدير سايت Aran News