Tarix : 2018 Dec 03
Kod 57089

Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bəyanat verib

Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bəyanat yayaraq 25 bəhreynliyə edam hökmünün çıxarılmasını Ali-Xəlifə rejiminin Bəhreyn xalqından intiqam alma hərəkəti adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Bəhreyndə 14 fevral inqilabçı gənclər koalissiyası öz bəyanatında 25 vətəndaşa qarşı edam hökmünün siyasi xarakter daşıdığını və xalqın parlament və bələdiyyə seçkilərini boykot etdiyinə görə ona qarşı intiqam məqsədi güddüyünü bildirib.Bəhreyndə parlament və bələdiyyələr üzrə seçkilərin ilk mərhələsi 24 noyabrda keçirildi. Bəhreyn xalqı, qruplar və siyasi partiyaları bu seçkiləri formal adlandıraraq onu boykot etdilər. Nəzarətçilərə görə bu seçkilərin nəticələri öncədən müəyyənləşdirilib. Bəhreyn 2011-ci il 14 fevraldan bəri xalqın Ali-Xəlifə rejiminə qarşı inqilabının şahididir.

  • Yazılıb
  • da (də) 2018 Dec 03
  • Göndərən مدير سايت Aran News