Tarix : 2018 Dec 04
Kod 57092

Gürcüstan müxalifəti vaxtından əvvəl parlament seçkilərinə çağırış etdi

Gürcüstanın "Milli Birlik Hərəkatı"nın siyasi şurasının üzvü Qriqol Vaşadze vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini istəyib.

Arannews-Röyters-in məlumatına görə, prezident seçkilərinin nəticəsinin saxtalaşdırıldığını deyən Qriqol Vaşadze müxalifətin prezident seçkilərinin nəticəsi ilə bağlı məhkəməyə şikayə edə biləcəklərini deyib. Ötən bir neçə gündə Gürcüstanın paytaxtı Tiflis şəhəri xalq etirazlarının şahididir. Xalq prezident seçkilərinin nəticəsinə etiraz edir. Gürcüstanın Mərkəzi Seçki Komissiyası rezident seçkilərinin ikinci mərhələsində hakim "Gürcüstan Röyası" partiyasının namizədi Salome Şurabişvilinin səslərin 59.5%-ni özünə aid edərək, qələbə çaldığını bildirib.Gürcüstanın Mərkəzi Seçki Komissiyası müxalifətin namizədi olan Qriqol Vaşadzenin seçkilərin ikinci mərhələsində 40.5% səs topladığını elan edib. Gürcüstanda keçirilən prezident seçkilərinin birinci mərhələsində namizədlərdən heç biri səslərin 50%-ni toplaya bilməmişdi. Gürcüstanda keçirilən prezident seçkilərinə nəzarət edən beynəlxalq müşahidəçilər səslərin hökumət tərəfindən hakim partiyanın namizədinin xeyrinə satın alındığını bildiriblər. Belə ki, hakim "Gürcüstan Röyası" partiyasının sədri, gürcü milyarder İvanişvili seçkilər ərəfəsində 600 min nəfərin banklara olan borclarının bağışlanacağını bildirib.

  • Yazılıb
  • da (də) 2018 Dec 04
  • Göndərən مدير سايت Aran News