Tarix : 2018 Dec 04
Kod 57094

Tramp İraqın sabiq baş nazirindən pul istəyib

İraqın sabiq baş naziri Heydər əl-İbadinin ABŞ-a səfəri zamanı qeyri-adi olay baş verib. Belə ki, Ağ Ev rəhbəri Donald Tramp İraqın o vaxtki baş nazirindən ABŞ-ın İraqı işğal etməsi və orada 2003-2011-ci illər aralığındakı fəaliyyəti müqabilində pul tələb edib.

Arannews-FaktXəbər bildirir ki, bu barədə "Ray al-Youm" qəzeti yazıb. Nəşrin yazdığına əsasən, Trampın İraqın baş nazirindən içğalçılıq misisyası müabilində pul tələb etməsi qarşı tərəfi çaş-baş salıb.Qeyd edək ki, İraq Corc Buşun prezidentliyi dövründə, 2003-cü ildə işğal olunub. 15 ildən çox müddətdə Birləşmiş Ştatların İraqa bəxş etdiyi sadəcə partlayışlar, məzhəblərarası qətliamlar və kütləvi insan tələfatı olub.Bundan əlavə Amerika şirkətləri ilə İraq hökuməti arasında neft yataqlarının istismarına dair 30 illik müqavilə imzalanıb

  • Yazılıb
  • da (də) 2018 Dec 04
  • Göndərən مدير سايت Aran News